Bakıda Əmək Yarmarkası keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 5 mart tarixində xəbər verir.
11 mart tarixində saat 10:00-da Qərbi Kaspi Universitetində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə keçirilən yarmarka 8 saat davam edəcək.
Qərbi Kaspi Universitetinin Nərimanov filialında baş tutacaq yarmarkada 28 müəssisə 300-dək vakansiya ilə iştirak edəcək.