30 yanvar tarixində Bakıda “1-ci Azərbaycan Pilates Konfransı” keçiriləcək. Su İdmanı Sarayında baş tutacaq tədbir ilin ən irimiqyaslı idman tədbirlərindən biri olacaq.
Pilates üzrə mütəxəssislər qeyd olunan tarixdə birlikdə bilik və praktikalarını artıracaqlar. Bununla yanaşı insan anatomiyasından idman biznesi qurmağa, pilatesin tarixindən ən yaxşı məşqçilərdən olmağa qədər bir çox mövzular, tanışlıqlar və hədiyyələr olacaq.
İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Konfransda iştirak Covid 19 pasportu ilə mümkündür.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 51 499 55 50