Sabah, 18 fevral tarixində saat 13:00-da “Dərs Evi” və LİBRAFF-ın birgə "İmtahan öncəsi stress" təlimi keçiriləcək. Görüş LİBRAFF Park Akademiyasında baş tutacaq.
Bir çox insanlar imtahanda bildiklərini stressdən, imtahanın gərginliyindən unudur, hətta səhv cavab vermək üçün özlərini kodlaşdırırlar. Bu, stressin düzgün idarə edilməməsi ilə bağlıdır. Təlimçi Fidan Nəsirova bu mövzuda öz təcrübə və tövsiyələrini iştirakşılarla bölüşəcək.
Təlimdə iştirak ödənişsizdir, yerlər məhduddur. Qoşulmaq üçün Facebook və yaxud İnstagram səhifəsində şərh bölməsində "+" qeyd etmək kifayətdir.
Əlaqə nömrəsi: *3377