Bakıda 10-12 iyun tarixlərində baş tutacaq "Formula 1" yarışının proqramı açıqlanıb. Bu haqda 12 fevral tarixində Report məlumat verib.
"Formula 1" üzrə Azərbaycan Qran-prisi iyunun 10-da saat 15:00-da birinci sərbəst yürüşlə başlayacaq. Daha sonra saat 18:00-da ikinci test yürüşü gerçəkləşəcək.
İyunun 11-də saat 15:00-da isə üçüncü sərbəst yürüş olacaq və saat 18:00-da sıralama turu keçiriləcək.
Və nəhayət, iyunun 12-i saat 15:00-da əsas yarış baş tutacaq.
"Formula 1"in yeni mövsümü martın 20-də Bəhreyndə başlayacaq. Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.
[caption id="attachment_33263" align="alignnone" width="1920"]
Foto açıq mənbədən[/caption]