21-22 fevral tarixlərində Bakıda PAŞA Holding Hakaton keçirəcək. Bu haqda Bakuplus.az 2 fevral tarixində xəbər verir.
PAŞA Holding və Kapital Bank -ın təşkilatçılığı ilə baş tutacaq Hakatonun mövzusu “Yeni müştərilərin cəlb edilməsi, eləcə də mövcud müştərilər arasında fəallığın artırılması”dır.
Hakatona qatılmaq üçün fərdi və ya komanda şəklində qeydiyyatdan keçmək və qeydiyyat anketini tamamlamaq kifayətdir.
Qaliblər aşağıdakı kimi mükafatlandırılacaq:
1-ci yer – 8000 AZN
2-ci yer – 5000 AZN
3-cü yer – 2000 AZN
Qeydiyyat üçün son gün 13 fevraldır.