Sabah Bakıda “Linkin Park Tribute” adlı musiqili proqram keçiriləcək. Bu haqda BakuPlus.az xəbər verir.
Flora Hostel Baku-da saat 20:00-da başlayacaq konsertdə “The Million” qrupu tərəfindən “Linkin Park” rok qrupunun bəstələri səsləndiriləcək.
Yerlər məhduddur. Biletlərin qiyməti 6 manat, qapıda ödəmə isə 7 manat təşkil edir.