Bakıda məişət tullantılarının daşınması üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Bu haqda Report 12 yanvar tarixində xəbər verib.
Yeni texnikalar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkətindən alınıb. Bu texnikalar bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi üçün gətirilib.
Böyük Britaniya şirkəti ilə 3 ildir ki uğurla həyata keçirilən layihəyə ilk olaraq Nərimanov rayonu, daha sonra 3 paytaxt rayonu – Nizami, Nəsimi və Yasamal rayonları da qoşulub.
Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək, kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olmuşdur. Cari ildə də yeni texnikaların alınması nəzərdə tutulub.
[caption id="attachment_29378" align="alignnone" width="800"]
Foto Report.az[/caption]