Bu gün saat 19:00-da Bakıda şagirdlərin Şəxsi İnkişaf Platforması çərçivəsində “Stresdən güclü ol” mövzusunda növbəti ustad dərsi baş tutacaq.
7-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan bu dərs “Beyinix” sosial araşdırma və təlim agentliyinin qurucusu, təlimçi Orxan Şahbaz tərəfindən aparılacaq.
Şagirdlərin Şəxsi İnkişaf Platformasının “Teleqram” kanalına müvafiq link vasitəsi ilə üzv olaraq görüşdə iştirak etmək üçün linki əldə edə bilərsiniz.
Görüş limitli olduğundan “Teleqram” kanalında paylaşılacaq linkə qoşulan ilk 300 nəfər iştirak edə bilər.