Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Əməyin mühafizəsi üzrə mütəxəssis” adlı qısamüddətli ödənişsiz təlim keçiriləcək. Bu haqda Peşə Təhsil üzrə Dövlət Agentliyi xəbər verib.
Təlim 1 ay məddətində, həftədə 3 dəfə (hər dəfə 3 saat olmaqla) təşkil olunacaq. Təlim yerli və xarici mütəxəssislər tərəfindən keçiriləcək.
Təlim bir neçə mövzüları əhatə edəcək:
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- Əmək qanunvericiliyi və beynəlxalq standartlar
- Müəssisədə ağır və zərərli təhlükəli amillərin müəyyən olunması və riskin qiymətləndirilməsi
- Əməyin Mühafizəsi İdarəetmə Sisteminin (ƏMİS) qurulması və sənədləşdirilməsi
- İşəgötürən və işçilərin əməyin mühafizəsi ilə bağlı hüquq və vəzifələrinin öyrənilməsi
Seçim mərhələsində bu şəxslərə əsas üstünlük veriləcək:
- Ali təhsilli
- Əməyin təhlükəsizliyi sahəsində ilkin biliklərin və təcrübənin olması
- Əməyin təhlükəsizliyi sahəsində işləmək üçün motivasiyanın olması
Təlimdə iştirak etmək üçün
linkə daxil olub 5 yanvar 2022-ci ilə kimi qeydiyyatdan keçmək lazımdır. Təlimin sonunda dövlət nümunəli sertifikat veriləcək.