Ötən gün Maksim Şevçenko ilə Bakıda görüş təşkil edilib. Bu haqda BakuPlus xəbər verir.
Tədbirin açılış nitqini Şevçenko özü edib. O, Azərbaycanın müharibədən sonrakı inkişafı və bu yolda aparılan işlər barədə, Azərbaycan xalqının sirli bir xalq olduğu haqda danışıb.
Sonra Şevçenko Füzuli hava limanı və Şuşaya səfəri barədə xatirələri ilə bölüşüb.
O, müharibədə ləzgi, tatar, talış avar və başqa xalqların Qarabağ müharibəsində iştirakı haqqında fikirləri ilə bölüşüb.
Xalça muzeyinə səfəri barədə danışdıqdan sonra tədbirin sual-cavab hissəsi başlayıb. Şevçenko kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı sadə vətəndaşların da suallarını cavablandırıb.
[caption id="attachment_15610" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]