Bakıda Metaverse platforması barədə seminar keçiriləcək. Bu haqda BakuPlus.az 19 fevral tarixində xəbər verir.
Hazırda dünyada səs salan Metaverse platformasında maliyyə imkanları barədə məlumat əldə etmək üçün seminara qoşula bilərsiniz.
Təlimdə ADA Universitetinin Maliyyə üzrə dosenti, Dr. Füzuli Əliyev Metaverse-in necə işlədiyi və gəlir əldə etmək üçün platformanın təmin edilməsi ilə bağlı suallara cavab verəcək.
24 fevral, saat 19:00-da təşkil olunacaq seminarda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.