Bakıda Mişel Fransuanın "Panoptikum: Təpəgözün baxışında donmuş anlar" və Azərbaycan rəssamı CHINGIZ-in "İNSƏN" sərgisi keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 14 mart tarixində xəbər verir.
Sərgilər YARAT Mərkəzində 17 mart, saat 19:00-da baş tutacaq.
Kuratoru Erix Vays olan Belçikalı konseptual rəssam Mişel Fransuanın sərgisi sizi reallığın və hər günümüzün dalğaları üzərində gəzməyə dəvət edir, qısa bir zaman kəsiyində rəssamın melanxolik absurd teatrında iştirak edən təsadüfi turistlərə və ya aktyorlara çevirir.
CHINGIZ-in emalatxanasının prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Bu sərginin kuratoru isə Fərəh Ələkbərlidir.