İndiyədək Bakıda Milli Qəhrəman və şəhidlərin adını daşıyan məktəblərin sayı açıqlanıb. Bu haqda 27 dekabr tarixində Report məlumat verib.
Bakı məktəblərində 2021-ci ildə ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.
Məktəblərin siyahısı:
- 98 nömrəli tam orta məktəb - Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev
- 47 nömrəli tam orta məktəb - Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev
- 216 nömrəli tam orta məktəb - Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımov
- 88 nömrəli tam orta məktəb - Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurov
- 48 nömrəli tam orta məktəb - Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənov
- 291 nömrəli Ekologiya liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 172-si Milli Qəhrəman və şəhidlərimizin adını daşıyır.