Bu gün “Zəfər Günü”nün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdiriləcək. Bu haqda APA xəbər verib.
Muzey Mərkəzinin fasadında göstəriləcək proyeksiyada Vətən müharibəsi və Zəfər Gününə həsr edilən audiovizual kompozisiya videoproyeksiya olunacaq.
Saat 20:55-də başlayacaq tədbir gecə 00:00-dək davam edəcək.