Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Ofisiant” ixtisası üzrə qısamüddətli təlimə qəbul elan edir. Bu haqda 28 dekabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat verib.
1 ay yarım müddətində davam edəcək təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində və tərəfdaş müəssisələrin nəzdində keçiriləcək. Seçim zamanı qida və içki xidməti üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək.
Təlim zamanı iştirakçılar üçün bir neçə istiqamət üzrə dərslər keçiriləcək: