Bakıda bir neçə ictimai iaşə obyektləri ASAN Könüllü, Ekologiya Nazirliyi və Coca-Cola şirkəti ilə əməkdaşlığa başlayıblar. Bu haqda bu gün, 18 fevral tarixində Bakuplus.az ASAN Könüllülərinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
Pilot kimi başlanılan layihədə paytaxın müxətlif yerlərindən 10-dan çox restoran iştirak edir. Belə ki, iaşə obyektlərində istifadə olunmuş plastik tullantıların toplanması üçün xüsusi qutular və müştəriləri maarifləndirmək üçün məlumatlandırıcı vasitələr yerləşdirilib.
Bir ay ərzində ümumilikdə 278,9 kiloqram, bu günə qədər isə layihə çərçivəsində 445,8 kiloqramdan çox plastik toplanıb.
[URIS id=34093]