Paytaxt ərazisində qadınlara əxlaqsız təklif edən 5 taksi sürücüsü saxlanılıb. Bu haqda bu gün, 10 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakinləri Kənan Xəlilov, Elşad Şirinov, Abşeron rayon sakini Nizami Kərimov, Tərtər rayon sakini Elşən Mürsəlzadə və Lerik rayon sakini Şabala Ağayev qadın müştərilərinə və digər sürücülərə qarşı etikadan kənar davranışlar ediblər.
Bundan əlavə, E.Mürsəlzadənin üzərindən heroin aşkarlanıb. Onun barəsində cinayət işi açılıb.
Şübhəli şəxslər məsuliyyətə cəlb olunublar.