Səbail rayonunda "Range Rover" ilə "protiv" gedən sürücü cəzalandırılıb. Bu haqda 10 mart tarixində Avtosfer.az məlumat verib.
Neftçilər prospektində martın 8-də 90-TG-550 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobillərin üzərinə hərəkət edib. Hadisə ərazidəki təhlükəsizlik kamerasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsi yayılmış görüntüyə baxış keçirib.
Sürücü saxlanılıb və inzibati qaydada məsuliyyətə cəlb edilib. O, 60 manat məbləğində cərimə olunub.