Bakıda qazi və şəhid ailələri üçün ödənişsiz psixoloji konsultasiya keçirilir. Bu haqda BakuPlus.az 15 fevral tarixində xəbər verir.
Bakı Gənclər Mərkəzinin psixoloqu Könül Osmanova tərəfindən aparılan konsultasiyalara həftəiçi hər gün saat 10:00-17:00 aralığında ödənişsiz onlayn və oflayn olaraq qoşulmaq mümkündür.
Fərdi psixoloji konsultasiyada iştirak etmək üçün qeydiyyatdan keçə, və ya aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 99 304 45 94