Bu il keçiriləcək "One Dance One Soul" rəqs festivalına qeydiyyat başlayıb.
Bu ilki Cavan Urban Fest 2021-də iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilər. YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək festivala son qeydiyyat tarixi 22 noyabr, saat 18:00-a qədərdir.
Hip-hop mədəniyyətini və digər küçə rəqsləri tendensiyalarını əhatə edən, müntəzəm rəqs çempionatları təşkil edən bu festival 2013-2019-cu illərdə Alarm Dance Crew tərəfindən keçirilmişdir. Bu festival çərçivəsində ilk dəfə olaraq şəhər mədəniyyəti tarixində həm küçə rəqqasları, həm də Latın Amerikası rəqqasları yarışmada iştirak etmişdirlər.