27 noyabr tarixində Bakıda "Jazz-Funk" rəqsi üzrə təlim keçəcək. Təlim YARAT Müasir İncəsənət Məkanında saat 14:00-da baş tutacaq.
2 saat davam edəcək təlimi rəqs sahəsində 20 ildən çox, müəllimlik üzrə isə 12 il təcrübəsi olan Emin Useynov Nero Dance Centerin direktoru və baş xoreoqrafı aparacaq.
İştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
Son müraciət tarixi 22 noyabr, saat 18:00-a qədərdir.