Noyabrın 11-də "Siyasi repressiya qurbanları" muzeyinə ödənişsiz ekskursiya təşkil olunacaq. Bu haqda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı məlumat verib.
ADPU Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə noyabrın 11-də saat 12:00-da "Siyasi repressiya qurbanları" muzeyində ekskursiya keçiriləcək. Ekskursiya repressiya qurbanlarının xatirə gününə həsr olunacaq.
Ekskursiyada iştirak etmək üçün 0775274442 nömrəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçmək lazımdır.