Bakıda rüşvət almaqda təqsirləndirilən sabiq məktəb direktoru Cavad Səfərov axtarışa verilib. Bu haqda BakuPlus Report-a istinadən 27 yanvar tarixində xəbər verir.
Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş C.Səfərov Ruxsarə Babayevadan məktəbə işə götürmək adı ilə rüşvət alıb.
C.Səfərovun R.Babayevadan xidməti otağında 6000 manat məbləğində pul vəsatini rüşvət qismində istəməsi və həmin məbləğin 5500 manatını almaqla xadimə vəzifəsinə təyin etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
O, cinayət işi üzrə məhkəmələrə gəlməməsi səbəbindən axtarışa verilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin icraatı dayandırılıb.