Bakıda Serbiyanın Dövlətçilik Günündə tədbir keçirilib. Bu haqda Report xəbər verib.
Tədbirdə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavljeviç ölkəsinin dövlətçilik tarixindən bəhs edib. O, Serbiyanın ölkəmizin ən yaxın dostları sırasında olduğunu vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev səfiri və dost Serbiya xalqını Serbiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Azərbaycan Respublikası Hökuməti adından təbrik edib.
Nazir ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığa müsbət təsirindən danışıb.
S.Babayev birgə səylər əsasında Azərbaycan-Serbiya əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini deyib.
[URIS id=35302]