Səhiyyə Nazirliyi Ruhi-Əsəb Dispanserində xəstələrin istismar edilməsi şikayətini araşdırıb. Bu haqda 5 mart tarixində Bizim.media məlumat verib.
Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində həkimlər ruhi xəstə olan qadınları qanunsuz işlədirlər. Şikayətçilər bildirirlər ki, sahibsiz olmalarından sui-istifadə edib onlara qab yuduzdururlar, ən ağır təmizlik işləri gördürürlər.
Nazirliyə daxil olan şikayətlər araşdırılıb və bildirilir ki, stasionar müalicədə olan xəstələr heç bir fiziki istismara məruz qalmırlar.
“Bütün şöbələr işlərin görülməsi üçün müvafiq olaraq təsərrüfat bacıları, xadim və xadimələr, mətbəx işçiləri ilə təmin olunublar. Şöbələrdə müalicə olunan xəstələrin nəinki mətbəxdə işləməsi, mətbəxə daxil olması belə qadağandır. Bu qadağa istər sanitariya, istər xəstələrin təhlükəsizliyi baxımından qoyulub”, - Nazirliyin mətbuat xidməti açıqlama verib.