Yanvarın 15-də paytaxtın Caspian Business Hotel-ində Stilistlərin yarışması baş tutacaq.
Tədbir Mehdi Qədirli tərəfindən təşkil olunur. Musabiqə zamanı paytaxtın ən yaxşı stilistləri ilk 3 yer uğrunda mübarizə aparacaqlar.
Müsabiqə münsiflər heyəti tərəfindən qiymətləndirilmir. Qalibi tədbirə dəvət olunmuş 300 tamaşaçı müəyyənləşdirəcək.
Tədbirə tanınmış ictimai xadimlər - jurnalistlər, televiziya nümayəndələri, blogerlər, müğənnilər və stilistlər dəvət olunub.