27 noyabr tarixində Bakıda “Street art və qraffiti” seminarı keçiriləcək. Təlim YARAT Müasir İncəsənət Məkanında baş tutacaq.
Təlimçi qismində Azər Məmmədli iştirak edəcək. O, Azərbaycanda qraffiti mədəniyyətinin azsaylı nümayəndələrindən biridir.
Saat 12:00-dan 14:00-a kimi o, qraffiti mədəniyyətinin tarixi, onun doğma torpaqlarında formalaşması və divarlara rəsm çəkmə texnikası haqqında ödənişsiz ustad dərsi keçəcək.
İştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.
Son müraciət tarixi 22 noyabr, saat 18:00-a qədərdir.