Təhsil Nazirliyinin və Təhsil İnstitutunun dəstəyi ilə paytaxtda “Baku Skills” kateqoriyası üzrə müsabiqə keçiriləcək. Bu haqda 28 yanvar tarixində STEAM AZERBAIJAN məlumat verib.
Müsabiqə STEAM Azərbaycan layihəsi tərəfindən təşkil olunur və iştirakçıların 3D modelləşmə və 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Yarışma Azərbaycanda təhsil alan universitet tələbələri (Bakalavr/Magistr) üçün nəzərdə tutulub. İştirak etmək üçün 17 fevral tarixinə kimi qeydiyyatdan keçmək lazımdır.
Mükafat:
1-ci yer - 6000 manat + 700 manat komanda rəhbərinə
2-ci yer - 4000 manat + 500 manat komanda rəhbərinə
3-cü yer - 2000 manat + 300 manat komanda rəhbərinə
Yarışmada iştirak etmək hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən təmin olunacaq.