Bakıda ödənişsiz “Novruz Party” keçiriləcək. Bu haqda 14 mart tarixində Azərbaycan Gənclər Fondu məlumat verib.
Bakıda “The Orange Grove” məkanında 3 fərqli gün, 3 fərqli formatda, hər biri 250 iştirakçı ilə tələbələr üçün ödənişsiz “Novruz Party” keçiriləcək.
Tədbirin baş tutacağı tarixlər:
- 17 mart saat 18:00-23:00 - Yesterday Party (İnnovativ, yenilikçi düşüncəli tələbələr üçün);
- 18 mart saat 13:00-19:00 - Today Party (İctimai fəallığı ilə seçilən tələbələr üçün);
- 19 mart saat 13:00-19:00 - Tomorrow Party (TGT komandasının fəal üzvləri üçün).
“Party”-də iştirak etmək üçün COVID Pasportu (3 doza; 2-ci dozadan 6 ay keçməyibsə, 2 doza vaksin) və ya immunitet sertifikatı mütləqdir.
İştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.