Bakı Ali Neft Məktəbi ilə Boğaziçi Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Bu haqda Trend 2 noyabr tarixində xəbər verib.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Boğaziçi Universitetinin rektoru, professor Naci İnci, prorektor, professor Gürkan Kumbaroğlu və baş katibin müavini, dosent Nedim Malkoç ilə görüşüb.
Əməkdaşlıq sənədini Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Boğaziçi Universitetinin rektoru, professor Naci İnci imzalayıblar.
Anlaşma Memorandumu hər iki müəssisənin professor-müəllim heyəti və tələbələri arasında təhsil yönümlü, təqaüd üzrə əməkdaşlığı, mədəniyyətlərarası inteqrasiyanı və dostluq münasibətlərini önə çəkmək məqsədilə imzalanıb.
Sənəddə qısa müddətli xüsusi akademik proqramlarla yanaşı bir çox mübadilə proqramlarının da icrası da nəzərdə tutulur.