Bakıda “Tea talks 2.0” proqramının açılış mərasimi olacaq. Bu haqda BakuPlus.az xəbər verir.
19 fevral tarixində saat 11:00-da “Yelo Bank”ın baş ofisində keçiriləcək mərasim Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutacaq.
6 ay müddətində baş tutacaq proqramın açılışı ilə eyni gündə “Yelo Bank Karyera Günü” də keçiriləcək.
Gələcək karyerasını bank sahəsində qurmaq istəyən, maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə edilməsi, menecment və ya əlaqəli ixtisaslar üzrə təhsil alan 3 və ya 4-cü kurs bakalavr, həmçinin magistr tələbələri müraciət edə bilərlər.
Müraciət üçün qeydiyyatdan keçmək mütləqdir.