20 oktyabrdan 20 noyabr tarixinə kimi paytaxt məktəblərində və digər təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir. Həmi layihə çərçivəsində 16 noyabr tarixində Sabunçu Gənclər Evində maarifləndirici tədbir keçiriləcək.
Seminarın məqsədi uşaqlara qarşı zorakılığın bütün növlərinə diqqəti cəlb etmək, zorakılıq halında erkən müdaxiləyə çağırmaq, zorakılığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsidir.
Tədbirdə təlimçilər aşağıdakı mövzular barədə danışacaqlar:
-Uşaq hüquqları. Hansı hüquqlarımızı tanıyırıq? - Axundova Gülşən (Sabunçu Gənclər Evinin psixoloqu)
- Erkən nikah və reproduktiv sağlamlıq - Quliyeva Xosqədəm (Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin koordinatoru)
Bundan əlavə uşaqlara Azərbaycan Uşaq Qaynar Xətt xidməti haqqında məlumat veriləcək.
Tədbir 14-18 yaş arası yeniyetmələr üçün nəzərdə tutulub. Təlim 16 noyabr saat 15:00-də başlayacaq. Təlimin müddəti 90 dəqiqədir.
Tədbirin məkanı: Sabunçu Gənclər Evi
Oxşar tədbirlər 20 Noyabrda qeyd olunan Ümumdünya Uşaqların Müdafiəsi Günü ərəfəsində baş tutur. Tədbirlər uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə həyata keçirilir.