20 yanvar tarixində Bakıda uşaqlar üçün ödənişsiz psixoloji test dəyərləndirilməsi olacaq. Yuva İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq kampaniya yalnız bir gün saat 14:00-dan 18:00-a qədər təşkil olunacaq. Bu haqda BakuPlus xəbər verir.
Psixoloji testdə mərkəzin baş psixoloqu Nuriyyə Vidadi qızından əlavə uşaq və yeniyetmə psixoloqu Maliza və psixoloq Zərrin Təhməzli də iştirak edəcəklər.
Qeydiyyatdan keçmək üçün +994506020610 nömrəsinə uşağın adı, soyadı və yaşı qeyd edilərək göndərilməlidir.