Bakıda Novruz dərnəklərinə qeydiyyat başlayıb. Bu haqda BakuPlus.az bu gün, 23 fevral tarixində xəbər verir.
Dərnəklərdə müəllimlə uşaqlar "Novruz" mövzusunda əl işləri hazırlayacaqlar.
Bakı Kitab Mərkəzi 6-12 yaşlı uşaqlar üçün Novruz bayramı ərəfəsində dekorativ-tətbiqi dərnəklər yaradacaq. Dərnəklər 25 fevral, 12, 19 mart tarixlərində saat 14:00-dan 15:00-dək keçiriləcək.
Dərnəklərə qeydiyyatın qiyməti Bakı Kitab Mərkəzinin kassasında 8 manat dəyərindədir.
Dərnəyə gələn valideynlər üçün COVİD-19 pasportu mütləqdir.