Bakıda daha bir şəhidin anım mərasimi keçirilib. Bu haqda BakuPlus.az APA-ya istinadən 14 fevral tarixində xəbər verir.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan əsgər Fərid Məhərrəmovun xatirəsi anılıb.
Mərasimdə çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, bu Qələbənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından və şəhid əsgərin həyatından danışıblar. Sonra şəhidin xatirəsinə hərs edilən videoçarx təqdim edilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqiləri səsləndiriblər.