Paytaxtın Binəqədi rayonunda yerləşən poliklinikanın həkimləri rüşvətxorluqda ittiham olunurlar. Bu haqda bu gün, 13 yanvar tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və Könül Sultanova vəzifələrindən sui-istifadə edərək, əlillik dərəcəsi almaq üçün müraciət edən şəxslərin xəstəliklərini süni ağırlaşdırmaları barəsində şübhələr yaranıb.
Hər iki şəxs barəsində cinayət işi açılaraq toplanılan materiallar məhkəməyə göndərilib.