Bakıda “Woman Bazaar” dayanıqlı inkişaf festivalı baş tutacaq. Bu haqda BakuPlus.az bu gün, 3 mart tarixində xəbər verir.
PAŞA Holding-in dəstəyi ilə Gender Hub Azerbaijan sosial platforması tərəfindən təşkil olunan festival 5,6 mart tarixlərində, saat 15:30–22:00 aralığında keçiriləcək.
Multidisiplinar festivalın əsas məqsədi qadınların dayanıqlı təşəbbüslərini və sahibkarlıq fəaliyyətini dəstəkləmək, həmçinin mövcud fəaliyyətlərin davamlılığının təmin olunması üçün bilik və bacarıqlarını artırmaq ilə yanaşı dəstək mexanizmlərinin genişləndirilməsinə təkan verməkdir.
Bakıda Azərbaycanın hər bölgəsindən olan sahibkar qadınlar öz məhsulunun istehsalını və satışını həyata keçirə bilər. Bölgələrdən gələn qadınların yol, qida və məkan xərcləri tam şəkildə qarşılanır.
İştirakı ödənişsiz olan festivala qeydiyyat üçün əlaqə nömrəsi: +994 55 283 59 44