Bakıda Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar abidənin ətrafında təmir və abadlıq işləri aparılır. Bu haqda BakuPlus.az Xəzər Televiziyası-na istinadən 21 fevral tarixində xəbər verir.
Parkın ətrafında dekorativ güllər və kollar əkilir, yollarda təmir işləri aparılır. Hazırlıqlar çərçivəsində park ərazisində də abadlıq işləri həyata keçirilir, yeni asfalt örtüyü döşənir.
Yaxın günlərdə isə abidənin ətrafındakı yaşayış binaları və inzibati obyektlərin fasadlarına soyqırımı əks etdirən fotoşəkillərin vurulmasına başlanacaq.