Bakı Xocalı soyqırımının qurbanlarını anır. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az xəbər verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın başçılığı altında ümumxalq yürüşü keçirilib. Dövlət qurumlarının nümayəndələri və vətəndaşlar 8 noyabr prospektindən Xocalı prospekti istiqamətində hərəkət ediblər. Daha sonra “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar.
Bununla yanaşı, paytaxt ərazisində silsilə tədbirlər təşkil olunur. Saat 17:00-da Bakı bir dəqiqəlik sükutla şəhidləri yad edəcək.
[URIS id=34999]