Bakı sakini olan müəllim həftənin 3 gününü Astaranın ucqar kəndində dərs deyir. Bu haqda APA xəbər verib.
Çətin və şərəfli yol olan müəllimlik peşəsini seçən Zümrüd xanım, sırf bu işi sevdiyi üçün kilometrlərlə yol qət etdiyini deyir. Öz ailəsi Bakıda yaşasa da, Astarada müəllimi ailələrinin bir hissəsi kimi hesab edib kənd sakinləri onu evlərində qonaq edirlər.
Zümrüd xanımın dəfələrlə kirayə pulu təklif etməsinə baxmayaraq, bunu pis qarşılayan kənd sakinləri müəllimin hər zaman onların qonağı olduqlarını qeyd ediblər.