Bakıda bu gün yapon mətbəxi təqdim olunub. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 2 mart tarixində xəbər verir.
Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən “Gündoğar ölkə”nin Bakıdakı səfirinin aşpazı Matsuşita Taisei tərəfindən yapon yeməklərinin nümayişi keçirilib.
Tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.
Bu tədbirin məqsədinin yapon mətbəxinin tanıdılması olduğunu söyləyən səfir qeyd edib ki, bu gün təqdim olunan nümunələr ənənəvi yapon yeməkləridir.Foto
Tədbir çərçivəsində iştirakçılar yapon mətbəxinin ləziz təamlarından dadıb, yeməklər haqqında ətraflı məlumatlar əldə ediblər.