Bakıda balacalar üçün təşkil olunmuş “Little YARAT” proqramının ustad dərsləri davam edir. Bu haqda Azərtac 14 mart tarixində xəbər verir.
Proqram çərçivəsində növbəti dərsi Rəngkarlıq Muzeyində Anar Şəmsinin iştirakı ilə "Kubizm" mövzusuna həsr edilib.
Bu ayın sonuncu dərsi martın 19-da Gülnarə Xəlilovanın iştirakı ilə "Fırça ilə yazılan poeziya" mövzusuna həsr olunacaq.
İştirak etmək istəyənlər üçün qeydiyyat çərşənbə axşamı və bazar günü saat 12:00-dan 20:00-dək aparılacaq.