Bakıda 4 mart tarixində “BİZİMKİLƏR” festivalının açılış günü olacaq. Bu haqda 17 fevral tarixində handicraft_baku məlumat verib.
Festivalın ilk gününün adı “ONUN OLSUN” olacaq. Həmin gün festivalda iştirak edənlərin sevdiklərinə və yaxınlarına həsr olunacaq.
Tədbir çərçivəsində dizaynerlər tikdikləri geyim kolleksiyalarını, əl işi ustaları hazırladıqları məhsullarını, aksesuarlarını, şirniyyatçılar isə desertlərini yarmarkada təqdim edəcəklər.
Festival Passaj 1901 restoranında saat 14:00-da başlayacaq və 22:00-a qədər davam edəcək.
Tədbirdə gözəllik, geyim və aksesuar dizaynerləri yalnız 2 gün iştirak edə bilər. Əl işi, rəssamlar və yemək ustaları isə bir günlük qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçmək üçün linkə daxil olmaq lazımdır.