26 dekabr tarixində Bakıda “Christmas Bazar” yarmarkası keçiriləcək. Yeni il ərəfəsində baş tutacaq yarmarka Made.az komandası tərəfindən təşkil olunur.
Yerli istehsalçıların iştirak edəcəyi yarmarka saat 12:00-dan 20:00-dək Land Mark Hotel Baku-nun “Qala” zalında keçiriləcək.
Yarmarkada satışa çıxarılan aksesuarlar, ev dekor elementləri və bir çox digər məhsullardan əlavə DJ-şou, dadlı şirniyyatlar, “glintveyn” də olacaq.
Uşaqlar üçün keçiriləcək ödənişsiz master-klaslar zamanı hazırladıqları əl işləri onlara hədiyyə qalacaq.
Yarmarkaya giriş sərbəstdir.