2 fevral tarixində Bakıda “Özünü kəşf et” ustad dərslərinin növbəti tədbiri keçiriləcək. Bu haqda Azərtac xəbər verib.
Böyüklər üçün nəzərdə tutulan tədbir Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək. Ustad dərsi Gülarə İsrafilovanın iştirakı ilə “Abstrakt portret” mövzusuna həsr ediləcək.
Bütün ləvazimatlar muzey tərəfindən qarşılanacaq master-klasda təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
İştirak etmək istəyənlər üçün giriş sərbəstdir.