Bakıda “zefer.az” saytının təqtimatı keçirilib. Bu haqda BakuPlus Azərtaca istinadən 21 yanvar tarixində xəbər verir.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş “zefer.az” saytı ilə bağlı videoçarx nümayiş edilib.