Bakıda “2022-ci il – Şuşa ili” çərçivəsində “Əziz Şuşa, biz qayıtdıq” adlı bilik yarışması keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 25 fevral tarixində xəbər verir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Xəzər İntellektual Gənclər Klubu”nun təşkilatçılığı ilə keçiriləcək yarışda yeniyetmə və gənclərdən ibarət komandalar iştirak edəcəklər.
İştirak etmək istəyənlər komandasını toplayıb qeydiyyatdan keçə bilərlər.
Son qeydiyyat tarixi bu gün saat 22:00-a qədərdir.