Bakıda Akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 21 fevral tarixində xəbər verir.
Batutçulardan sonra bu dəfə milli yarışlarda akrobatlar qüvvələrini sınayacaqlar.
Fevralın 24-25-də Milli Gimnastika Arenasında keçiriləcək turnirdə “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini 41 idmançı təmsil edəcək.
İki günlük yarışlarda qadın cütlükləri, kişi cütlükləri, qarışıq cütlüklər və qadın qrupları medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışları internet səhifəsindən canlı izləyə bilərsiniz.
Yarışın proqramının onlayn versiyasını da əldə edə bilərsiniz.