Bakı Gənclər Mərkəzində Yeni il master-klasları keçiriləcək. Bu haqda 14 dekabr tarixində bakuyouthcenter xəbər verib.
“Soap Art” adlı master-klas 16 dekabr saat 17:00-da təşkil olunacaq. Təlim zamanı iştirakçılar zövgə uyğun ətirdə, formada və rəngdə sabunlar hazırlaya bilərlər. Təlimdə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat üçün 0552462580 nömrəsi ilə əlaqə saxlamaq və ya Whatsapp nömrəyə yazmaq mümkündür.