Bakı Gənclər Mərkəzində təntənəli şəkildə gənc kulinarların lV Ümumrespublika çempionatı keçirilib. Bu haqda 25 dekabr tarixində Bakı Gənclər Mərkəzi xəbər verib.
Çempionat Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik yubileyi ilə əlaqədar təşkil olunub. Tədbirdə tanınmış kulinarlar, peşə təhsili müəssisələrinin tələbələri və digər qonaqlar iştirak ediblər. Çempionatda Azərbaycanın müxtəlif bölgələrindən olan təamlar nümayiş olunub.
Peşə təhsili müəssisələrinin tələbələrinə diplom təqdim olunub. Sonda iştirakçılara Azərbaycan Milli Kulinariyasından bəhs edən kitablar hədiyyə olunub.
[URIS id=21769]